AK Avropa üçlüyünün – Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas və İranın xarici işlər naziri Abbas Əraqçi arasında mümkün danışıqlar barədə məlumatı şərh etməkdən imtina edib. Bunu Brüsseldə keçirdiyi brifinqdə Aİ diplomatik xidmətinin nümayəndəsi Ənvər əl-Anuni deyib.
Kallasın bu danışıqlar üçün Cenevrəyə səfərini təsdiqləmək üçün jurnalistlərin sorğusuna o, “Biz həmişə danışıqları dəstəkləmişik. Bu danışıqlar baş tutanda sizə məlumat verəcəyik” cavabını verib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 20-də Cenevrədə Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri ilə görüşəcəyini bildirmişdi. (Tass)