Bloomberg-in köşə yazarı Andreas Kluth bildirib ki, ABŞ prezidenti Donald Tramp İrana zərbə endirmək əmrini verərsə, bəzi MAGA (Amerikanı yenidən möhtəşəm edin) tərəfdarlarının dəstəyini itirə bilər.
Onun sözlərinə görə, Tramp kampaniya zamanı ölkəni Əfqanıstan, İraq və Liviyadakı kimi “əbədi müharibələrə və uğursuz rejim dəyişikliyi əməliyyatlarına” sürükləməyəcəyinə söz verdiyi üçün onu sülhməramlı kimi görənlərin dəstəyini itirəcək.
Bəzi Tramp tərəfdarları, o cümlədən jurnalist Taker Karlson, bloqqer Çarli Kirk və Trampın keçmiş baş siyasi strateqi Stiv Bannon da daxil olmaqla, Vaşinqtonun Təl-Əviv və Tehran arasındakı münaqişəyə müdaxiləsinə qarşı artıq öz fikirlərini bildiriblər. (Tass)