Avqust 23, 2025-14:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub

2025:06:19 - 15:17
in MƏDƏNİYYƏT
A A

Dördüncü Bakı Piano Festivalı çərçivəsində “Rotunda Roof Garden”də Xorvatiyanın “Lela Kaplowitz Jazz Group” kollektivinin konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdə Lela Kaploviç (vokal), Petar Kulibrk (piano), Filip Pavik (gitara) və Luçiya Kaploviç (skripka) çıxış ediblər.

Lela Kaploviç bir müddət əvvəl AZƏRTAC-a müsahibəsində demişdi ki, bu, onun Azərbaycana ilk səfəri olduğundan Bakıya gəlişini səbirsizliklə gözləyirdi. Yeni tamaşaçı ilə tanışlıqdan həyəcan hissi keçirdiyini qeyd edən xorvatiyalı artist öz əsərini Bakı Piano Festivalında təqdim etməkdən məmnun idi.

Lela Kaploviç görkəmli musiqiçilər və musiqi qrupları ilə çıxış edib və albomlar yazdırıb. Onların arasında “Arturo Farrill və Chico’ O’Farrill Afro Cuban Jazz Orchestra”, “The Duke Ellington Orchestra”, “Two Cellos”, Duq Karn, Maylz Qriffit, Bill Sakston, Harri Uittaker, Dik Qriffin, Kreyq Hendi, Qeri Fritz, Mark Rapp, Bob Alberti, Ben Taker və başqaları var. Nyu-Yorkda keçirdiyi beş il ərzində Lela Amerikanın musiqi tarixinin ən görkəmli məkanları – “Madison Square Garden” (Beynəlxalq Musiqi Festivalı, 2003), “Birdland”, “The Blue Note”, “Dizzy’s Club Coca Cola”, “Detour”, “Smalls”, “Central Park Summer Stage”, “Miles Jaye’s Jazz Festival”, “Atlantic City”, Mayami, Filadelfiya və Savannada çıxışlar edib. Avropada səyahət edən musiqiçi buradakı ən məşhur caz klubları və festivallarında konsertlər verib. Lela 2009-cu ildə Finlandiyanın Kaayani şəhərində keçirilən dünyanın ən böyük qadın caz vokal müsabiqələrindən birində “Lady Summer” titulunu qazanıb.

Musiqiçi bir neçə albom yazdırıb və başqalarında qonaq vokalçı kimi çıxış edib. 2019-cu il sentyabrın 19-da Lela “Parma Recordings” tərəfindən buraxılmış yeni albomunun (“To One”) reklamı ilə Nyu-Yorkdakı dünyaca məşhur “Carnegie Hall”da çıxış edib.

IV Bakı Piano Festivalı iyunun 28-dək davam edəcək. Paytaxtımızın sakinləri və qonaqlarını müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. “Bakı Piano Festivalı – 2025” çərçivəsində bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru gənc istedadların “Gələcək bizik” konsertidir.

 

Əvvəlki Yazı

İran beynəlxalq və daxili reyslərə qadağaları iyunun 20-dək uzadıb

Növbəti Yazı

Peskov: “Rusiya İranın tələbi ilə humanitar yardım göstərməyə hazırdır”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.