Avqust 23, 2025-22:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İlham Quliyev: “Su asılılığının azaldılması üçün azad olunan ərazilərdə infrastruktur qurulur”

2025:06:19 - 15:18
in SOSİAL
A A

Azərbaycanda su asılılığının azaldılması üçün azad olunan ərazilərdə infrastruktur qurulur.

“Report”un Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin İdarə Heyəti sədrinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin su təminatının 70 %-i xarici mənbələrdən, əsasən Kür, Araz və Samur çayları vasitəsilə həyata keçirilir: “İşğaldan azad edilmiş ərazilərdə su anbarlarının və su şəbəkələrinin yaradılması həmin asılılığın azaldılmasına xidmət edir. Bu, strateji baxımdan çox əhəmiyyətli dövrədir və bu istiqamətdə işlər davam etdirilir”.

İ.Quliyev qeyd edib ki, meliorasiya sahəsində hazırkı vəziyyət qənaətbəxşdir: “Kənd təsərrüfatı məhsulu istehsalçıları ildə 3-4 dəfə su ilə təmin olunur. Bu da təsərrüfatların dayanıqlığını artırır”.

Onun sözlərinə görə, su qənaətinə xidmət edən müasir texnologiyaların, xüsusilə damcı suvarma sistemlərinin tətbiqi sürətləndirilib: “Azərbaycanın bir çox rayonlarında intensiv suvarma sistemlərinə keçid aparılır. Bu həm suya qənaət, həm də məhsuldarlığın artması baxımından vacibdir. Dövlət bu texnologiyaların tətbiqinə subsidiya verir ki, fermerlər üçün stimullaşdırıcı mühit yaradılsın”.

İ.Quliyev əlavə edib ki, yeraltı su ehtiyatlarının tədqiqi və davamlı idarə olunması istiqamətində də işlər görülür: “Hazırda xarici mütəxəssislərin iştirakı ilə yeraltı suların miqdarı dəqiqləşdirilir. Bununla bağlı hesabatlar hazırlandıqdan sonra istifadə edilən ehtiyatların bərpası üçün tədbirlər planı hazırlanacaq”.

Əvvəlki Yazı

Peskov: “Rusiya İranın tələbi ilə humanitar yardım göstərməyə hazırdır”

Növbəti Yazı

Azərbaycana buğda idxalı 55 %-dən çox artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.