Avqust 25, 2025-15:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Polşa vergi sahəsində institusional əməkdaşlığın genişləndirilməsini müzakirə edib

2025:06:19 - 16:39
in İQTİSADİYYAT
A A

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Polşa Milli Gəlir Administrasiyasının rəhbəri Marcin Loboda ilə ikitərəfli görüş keçirib.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı vergi idarəetməsində institusional potensialın gücləndirilməsi, rəqəmsallaşma strategiyalarının tətbiqi və innovativ texnologiyaların inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb. Hər iki tərəf vergi inzibatçılığında çevik yanaşmaların və məlumat əsaslı qərarların əhəmiyyətini vurğulayıb.

DVX rəisi vergi orqanlarında çevik idarəetmə prinsiplərinin tətbiqi istiqamətində atılan addımları, operativ və adaptiv idarəetmənin formalaşdırılması üzrə praktiki təcrübəni diqqətə çatdırıb. Orxan Nəzərli vergi sisteminin şəffaflığı və səmərəliliyinin artırılması istiqamətində aparılan islahatların davamlı xarakter daşıdığını qeyd edib.

Milli Gəlir Administrasiyasının rəhbəri Polşada vergi inzibatçılığı sisteminin modernləşdirilməsi üzrə həyata keçirilən tədbirlər, o cümlədən mərkəzləşdirilmiş məlumat bazaları və avtomatlaşdırılmış nəzarət mexanizmləri barədə məlumat verib. Marcin Loboda iki ölkənin vergi administrasiyaları arasında təcrübə mübadiləsinin və ekspert səviyyəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Əvvəlki Yazı

IOTA-nın Bakıda keçirilən 29-cu Baş Assambleyası işini başa çatdırıb

Növbəti Yazı

Azərbaycan Prezidenti: Kahramanmaraşlılar sınmadılar, əyilmədilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.