Reuters diplomatik mənbələrə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi son günlər İsrailin hərbi əməliyyatları fonunda ABŞ prezidentinin elçisi Steven Witkoffa bir neçə dəfə zəng edib.
Onların məlumatına görə, tərəflər münaqişənin diplomatik yolla başa çata biləcəyi variantları müzakirə ediblər. Avropalı diplomatlardan birinin sözlərinə görə, “Araqçi Witkoffu əmin edib ki, İsrail hərbi əməliyyatları dayandırmayınca İran nüvə proqramı üzrə danışıqlara qayıtmayacaq”. Agentliyin Yaxın Şərq üzrə həmsöhbəti öz növbəsində bildirib ki, İran Xarici İşlər Nazirliyinin rəhbəri Vaşinqtonun İsraili dayandırmağa məcbur edəcəyi təqdirdə nüvə proqramı ilə bağlı çeviklik nümayiş etdirməyə hazır olduğunu bəyan edib.
Keçirilən danışıqlardan birincisinin Amerikanın təşəbbüsü ilə baş tutduğu bildirilir.(Tass)