İranın raketlərindən birinin şirkətin ofisinin yerləşdiyi texnoloji parkın yaxınlığında düşməsindən sonra İsrailin Beer Şeva şəhərində Microsoft ofisinin yaxınlığında yanğın baş verib. Bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İranın zərbəsi şəhərin cənubunda bir neçə yanğına səbəb olub. İsrail polisinin məlumatına görə, zərbə maddi ziyana səbəb olub, lakin ərazidə itkilər barədə ilkin məlumat yoxdur.
Beer Şeva şəhəri İsrailin Nevatim aviabazasının yaxınlığında yerləşir. (Tass)