Avqust 18, 2025-19:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Bakıda tanınmış şirniyyat mağazasının fəaliyyəti dayandırılıb

2025:06:20 - 10:00
in HADİSƏ
A A
Bakıda fəaliyyət göstərən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektinin fəaliyyəti dayandırılıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
– obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik avadanlıqlarının torpaqlanmasına dair sınaq protokolları tərtib olunmayıb;
– pilləkən qəfəsinin altında otaq (anbar) quraşdırılıb;
– ⁠ obyektin işçiləri yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb və bu barədə xüsusi jurnalda qeydlər aparılmayıb;
– elektrik lövhələri olan otaq “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə uyğun saxlanılmır;
– köçürmə çıxışlarının qapıları çıxışa doğru açılmır və köçürmə yollarının üzərində “Çıxış” sözü yazılmış işıqlandırıcı lövhələr asılmayıb;
– obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb;
– insanların və qiymətli əşyaların köçürülməsi üçün “Köçürmə planı” işlənib hazırlanmayıb;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
– obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Əvvəlki Yazı

İranın zərbəsindən sonra İsraildə Microsoft ofisi yaxınlığında yanğın baş verib

Növbəti Yazı

Ramin Məmmədov Qusardakı “Mustafa Kazdal” və Həsənqala kənd məscidlərini ziyarət edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.