Avqust 13, 2025-16:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb

2025:06:20 - 15:57
in GÜNDƏM
A A

İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “prezidentlik etmiş” Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokuror Təranə Məmmədovanın suallarını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, B.Sahakyan ifadəsində 2016-cı ildə baş vermiş, şərti olaraq Aprel döyüşləri adlandırılan hadisələr barədə suallara cavabında həmin vaxt əməliyyatlara kimlərin rəhbərlik etdiyini açıqlayıb. Məlum olub ki, həmin vaxt Ermənistan tərəfdən əməliyyatlara Ermənistanın müdafiə naziri general-polkovnik Seyran Ohanyan, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturov və Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin – qondarma rejimin “ordusunun komandanı” general-leytenant Levon Mnatsakanyan rəhbərlik edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Əvvəlki Yazı

Ayxan Hacızadə: Ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir

Növbəti Yazı

Xarici diplomatlar Həkəri çayına balıq buraxıblar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.