Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, onlar arasında icra başçısı Musa Şəkiliyev, müavinləri, İcra Hakimiyyətinin şöbə müdirləri və digər vəzifəli şəxslər var.
Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.
Saxlanılan şəxslər hazırda Bakıya gətirilirlər.
Bazar gününədək onlar məhkəmə qarşısına çıxarılacaqlar. Səbail Rayon Məhkəməsində Qaxın tutulan vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ittiham tərəfinin təqdimatına baxılacaq.