Avqust 18, 2025-23:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb

2025:06:21 - 14:40
in MƏDƏNİYYƏT
A A

İyunun 20-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibliyinin binasında ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, iki qardaş ölkənin diplomatları, alimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirə TÜRKSOY ilə yanaşı, Türkiyədəki iki qeyri-hökumət təşkilatı – TEKAR (Türkiyə-erməni məsələsi araşdırmalar Fondu) və İLESAM (Elm və ədəbi əsər müəllifləri peşəkar Assosiasiyası) fəal dəstək verib.

TÜRKSOY-un Baş katibinin müavini Sait Yusuf türk xalqlarının irsinin qorunub saxlanmasının və təbliğinin vacibliyini vurğulayaraq, təşkilatın türk mədəniyyətinin təbliğində missiyasından danışıb.

O, azərbaycanlı alimin mükafata layiq görülməsini “TÜRKSOY üçün qürur mənbəyi” adlandırıb.

Ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tədbir iştirakçılarına türk dünyasında mədəniyyətlərarası əməkdaşlığın əhəmiyyətindən danışıb.

O, N.Cəfərovun Azərbaycanda türkçülük ideyalarının yayılmasında xidmətlərini qeyd edib, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Atatürk Mərkəzinin fəaliyyətinə diqqət yönəldib.

Mədəniyyət mərkəzinin direktoru Prezident İlham Əliyevin akademik N.Cəfərovun Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncamını xatırladıb.

S.Abbasov akademikə Azərbaycan və bütün Türk dünyası mədəniyyəti naminə gələcək fəaliyyətində də uğurlar arzulayıb.

Türk mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərə görə təşəkkür məktubu, plaket və TÜRKSOY sertifikatını azərbaycanlı alimə TÜRKSOY-un Baş katibinin müavini Sait Yusuf, İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız və TEKAR-ın rəhbəri, professor Cemalettin Taşkıran təqdim ediblər.

Tədbir akademik Nizami Cəfərovun türk ölkələrinin türkoloq və ədəbiyyatşünaslarının təmaslarından bəhs edən çıxışı ilə yekunlaşıb.

O, Ümummilli Lider Heydər Əliyevin Türk dünyasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərini vurğulayıb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Əvvəlki Yazı

Suriyanın yeni hakimiyyət orqanları Bəşər Əsədin əmisi oğlunu saxlayıb

Növbəti Yazı

Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.