İyun 18, 2025-23:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AQTA istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısını alıb

2023:10:30 - 11:15
in SOSİAL
A A

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri Sabunçu rayonunda yerləşən, fiziki şəxs Nəbiyev Sübhan Nazim oğluna məxsus toyuq əti hissələrinin və unlu məmulatların emalı müəssisəsində plandankənar yoxlama keçirib.

AQTA-dan “Report”a verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların üzərində qanunvericiliyin tələblərinə uyğun etiketlənmə və markalanmanın həyata keçirilmədiyi, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, çalışan işçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Emal edilmiş məhsullardan və xammallardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. İstehlaka yararsız müxtəlif növ məhsulların satışa çıxarılmasının qarşısı alınıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisədə çalışan işçinin dövri tibbi müayinə arayışları təmin edilənədək işdən kənarlaşdırılmasına və aşkarlanmış nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul olunub.

Əvvəlki Yazı

STM-in “Azərbaycanalılara qarşı nifrət cinayətləri və nifrət nitqi” tədbirində ombutsman çıxış edib

Növbəti Yazı

Prezident İlham Əliyevin Xankəndidən xalqa verdiyi müjdəyə aparan yol

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.