Avqust 18, 2025-1:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Milli Kitabxanada “Folklorşünas-alim İslam Ələsgər – 100” adlı kitab sərgisi açılıb

2025:06:21 - 15:50
in MƏDƏNİYYƏT
A A

Milli Kitabxanada folklorşünas-alim, filologiya elmləri namizədi İslam Ələsgərin anadan olmasının 100 illik yubileyi münasibətilə “Folklorşünas alim İslam Ələsgər – 100” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin müəllifi olduğu əsərlər, tərtibçisi olduğu, “Ön söz” yazdığı, Göyçə aşıqları və şairlərinin şeirlərindən ibarət toplayıb nəşr etdiyi kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, İslam Ələsgər (Ələsgərov İslam Talıb oğlu) 1925-ci il iyunun 22-də Göyçə mahalının Ağkilsə kəndində Aşıq Ələsgərin oğlu Aşıq Talıbın ailəsində anadan olub. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib.

İslam Ələsgər Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplayıb və 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirib, haqqında məqalələr yazıb.

1973-cü ildə “Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları” adlı namizədlik dissertasiyası müdafiə edib. 1987-ci ildə “Göyçəli Aşıq Ələsgər” kitabını türkiyəli alim Nizaməddin Onkla birlikdə Türkiyədə nəşr etdirib.

1997-ci ildə “Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında” olan Sərəncama əsasən “Haqq aşığı Ələsgər” monoqrafiyasını yazıb.

Azərbaycan aşıq sənətini geniş miqyasda və ardıcıllıqla dünya mədəniyyətinə təqdim edən alimin Aşıq Ələsgər və Göyçənin saz-söz sənətkarları haqqında elmi məqalələri mətbuatda müntəzəm nəşr olunub, “Sazlı-sözlü Göyçə” (1999), “Göyçəli Aşıq Nəcəf” (2000), “Növrəs İman” (2003), “Çoban Məhəmməd” (2009) kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Əvvəlki Yazı

“Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək

Növbəti Yazı

UNESCO: Beynəlxalq Çay Günündə Azərbaycanın zəngin çay süfrəsi təqdim olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.