Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, Şəkiliyev Musa Şaban oğlu 1959-cu ildə Qax rayonunda anadan olub. O, 2010-cu ildən Qax Rayon İcra Hakimiyyətinin başçısı idi.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyunun 20-də Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və M.Şəkiliyevi saxlayıb.