Avstriyanın keçmiş xarici işlər naziri və Sankt-Peterburq Universitetinin GORKl Mərkəzinin rəhbəri Karin Kneissl ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektlərinə hücum qərarı axmaqlıq olduğunu və bütün müharibə qanunlarını pozduğunu bildirib.
“ABŞ prezidenti Tramp bunu Konqresin razılığı olmadan etdi. Mən belə axmaq qərar gözləmirdim”, – o, Telegram kanalında yazıb.
Knaysl ABŞ və İsrailin İranın nüvə obyektlərini bombalamağa necə cəsarət etdikləri ilə maraqlanıb. “Bütün müharibə qanunları pozulub” deyib.