İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) bildirib ki, İran səhər saatlarında İsrailə hücum zamanı ilk dəfə Xeybar Şekan orta mənzilli ballistik raket atıb.
Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
SEPAH həmçinin qeyd edib ki, zərbədə bərk və maye yanacaqlı 40 raketdən istifadə edilib.