İran nüvə proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir. Bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) nümayəndəsi Behruz Kamalvəndi ABŞ-ın gecə ərzində respublikanın nüvə obyektlərinə endirdiyi zərbələri şərh edərkən deyib.
Tasnim xəbər agentliyinin sitat gətirdiyi Kamalvəndi deyib: “Keçmişdə əlimizdə olan imkan və potensiala görə zədələri dərhal aradan qaldırdığımız hallar olub. Təbii ki, bu sənaye inkişaf etməyə davam etməlidir və onun inkişafı dayanmayacaq” . (Tass)