İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib ki, Birləşmiş Ştatlar İrana qarşı gücsüzlüyünə görə İsrailin tərəfində münaqişəyə girməyə məcbur olub.
“ABŞ əvvəlcə öz rolunu gizlətməyə çalışsa da, ölkəmizin silahlı qüvvələrinin qəti və təmkinli cavabından və sionist rejimin aşkar acizliyini müşahidə etdikdən sonra (İsraili nəzərdə tutur ) onlar birbaşa müdaxilə etmək məcburiyyətində qaldılar”, – Pezeşkian bildirib.