İranın Atom Enerjisi Təşkilatının (AEOI) sözçüsü Behruz Kamalvəndi ABŞ-ın bir gecədə İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda bildirib ki, ölkənin nüvə sənayesini tamamilə məhv etmək mümkün deyil.
“Onlar [ABŞ] başa düşməlidirlər ki, nüvə sənayesi ölkəmizdə dərin köklərə malikdir və bu milli sənayeni kökündən qoparmaq mümkün deyil”, – Tasnim xəbər agentliyi onun sözlərini sitat gətirir.