İran Xarici İşlər Nazirliyi ABŞ-ın respublikadakı maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfiri Nadine Lozanoya ABŞ-ın İranın üç nüvə obyektinə zərbə endirməsi ilə bağlı etiraz notası təqdim edib, Tasnim agentliyi xəbər verir.
Sənəddə qeyd edilir ki, ABŞ-ın hücumu BMT Nizamnaməsinin və dinc məqsədlər üçün istifadə edilən nüvə obyektlərinə hücumu qadağan edən digər sənədlərin kobud şəkildə pozulmasıdır. İran Xarici İşlər Nazirliyinin ABŞ departamentinin rəhbəri İsa Kameli İsveçrə səfiri ilə söhbətində İranın BMT Nizamnaməsinə uyğun olaraq öz ərazisini müdafiə etmək, təhlükəsizliyi və milli maraqlarını təmin etmək hüququna malik olduğunu vurğulayıb. Öz növbəsində Lozano qeyd edib ki, notanı dərhal ABŞ hökumətinin nümayəndələrinə təqdim edəcək. (Tass)