Avqust 21, 2025-19:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Qazaxıstan və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirirlər

2025:06:23 - 10:17
in İQTİSADİYYAT
A A

Qazaxıstan və Azərbaycan arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji və tikinti sahələrində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.

“Report” bu barədə Qazaxıstanın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir.

Məlumata görə, səfir Alim Bayel iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirib. Görüşdə diplomat ikitərəfli ticarət dövriyyəsinin artmaqda davam etdiyini qeyd edib: “Xüsusi məmnunluq doğuran fakt ondan ibarətdir ki, 2025-ci ildə Qazaxıstan ilk dəfə olaraq Azərbaycanın əsas buğda tədarükçüsünə çevrilib və Azərbaycanın taxıl idxalının 88%-ni təmin edib”.

Öz növbəsində, M.Cabbarov Qazaxıstanla iqtisadi əməkdaşlığın inkişafının Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bu kontekstdə o, bütün region üçün geoiqtisadi əhəmiyyətini kəsb edən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM), Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilişini, Qazaxıstan enerji daşıyıcılarının Azərbaycan ərazisindən tranzitini, habelə Xəzər dənizinin dibi ilə dərin dəniz elektrik kabelinin çəkilməsi kimi iri ortaq layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.

A. Bayel azərbaycanlı naziri Qazaxıstan rəhbərliyinin Azərbaycanla sənaye kooperasiyasının inkişafına xüsusi diqqət yetirdiyi barədə məlumatlandırıb. Bu çərçivədə o, Qazaxıstanda infuziya məhlullarının birgə istehsalını təşkil etməyi təklif edib. A.Bayel, həmçinin, Azərbaycan tərəfinə Alagöl gölünün sahilində sanatoriya-kurort kompleksi inşa etməyi təklif edib. M. Cabbarov bu təşəbbüslər üzrə əməkdaşlığa hazır olduğunu bildirib. Həmsöhbətlər onların reallaşdırılması detalları barədə müzakirə aparıblar.

Tərəflər həmçinin yaşayış və sosial obyektlərin tikintisi ilə məşğul olan tikinti şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsini müzakirə ediblər. Bir sıra Qazaxıstan şirkətlərin artıq Azərbaycanda tibb obyektləri və yaşayış binalarının tikintisinə başladığı məmnunluqla qeyd olunub. Bu istiqamətdə Qazaxıstanda əməkdaşlıq imkanları nəzərdən keçirilir.

Əvvəlki Yazı

AMB: ANİpay üzərindən yeni istifadəçilərin qeydiyyatı müvəqqəti dayandırılıb

Növbəti Yazı

525 nömrəli marşrutda Çin istehsalı olan 10 avtobus istismara verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.