Avqust 18, 2025-19:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Elçin Həbibov: “Regionlararası platformalar yaradılmalıdır”

2025:06:23 - 11:54
in İQTİSADİYYAT
A A

Kredit məlumatların sərhədlərarası mübabiləsi, standartların harmonizasiyası və regionlararası platformaların yaradılması olduqca vacibdir.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Kredit Bürosu” MMC-nin baş direktoru Elçin Həbibov Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransının açılış günündə bildirib.

Onun sözlərinə görə, Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiyasiyası (ACIP) bu istiqamətdə böyük rol oynayır: “İstər birgə təlimlər, tədqiqat layihələri, istərsə də mütəmadi tədbirlərdə biz bunu hiss edirik. Büro olaraq yeni platformaların yaradılmasına da açığıq və sabahkı fintex tədbirində bunun anonsunu edəcəyik”.

Baş direktor bildirib ki, kredit büroları keçmişdə daha çox məlumat toplayan informasiya bazası kimi tanınırdısa, bu gün onlar aktiv qərar dəstək sistemlərində təmsil olunur, rəqəmsal transformasiyanı həyata keçirən ixtisaslaşmış institutlara çevriliblər: “Onlar maliyyə təşkilatlarının yanında risklərin düzgün qiymətləndirilməsinə dəstək verən kimi çıxış edir, onlara inkişaf üçün imkanlar yaradır, dövriyyənin artmasına və etibarın formalaşmasına yardımçı olur. Kredit hesabatlığı heç şübhəsiz maliyyə sabitliyinin əsas elementlərindən biridir. Risklərin düzgün qiymətləndirməsi, məsuliyyətli kreditləşmə və borcalma mədəniyyəti – bütün bunlar həm bankların, həm də cəmiyyətin təhlükəsizliyini təmin edir. Mərkəzi banklar üçün kredit məlumat sistemləri makroiqtisadi sabitliyinin qorunmasının əsas vasitəsidir, eyni zamanda tənzimləyici orqanlarla kredit büroları arasında əməkdaşlıq daha çevik, daha şəffaf, effektiv bazar üçün zəmin yaradır”.

O qeyd edib ki, rəqəmsal texnologiyaların inkişafı ilə kredit büroların imkanları da genişlənir: “Artıq bir çox büro alternativ məlumat mənbələrindən, məsələn, mobil operatorlar, kommunal xidmətlər, e-ticarət platformalarından istifadə etməklə ənənəvi maliyyə sisteminə çıxışı olmayan şəxsləri də kredit tarixçəsinə daxil edə bilir. Bizim də ölkədə bu istiqamətdə böyük işlər görülüb və davam edir”.

Əvvəlki Yazı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Növbəti Yazı

Cəlilabad keçmiş məhkumdan 13 kq narkotik götürülüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.