Avqust 14, 2025-5:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Prokuror “Toplum TV” işi üzrə ittiham aktını elan edib

2025:06:23 - 15:32
in GÜNDƏM
A A

“Toplum TV” işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, Fərid İsmayılov, İlkin Əmrahov, Ruslan İzzətli və Elmir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı təqsirləndirilən Elmir Abbasov, Fərid İsmayılov və İlkin Əmrahova aid hissədə ittiham aktını elan edib.

Ötən iclasda isə Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov və Ruslan İzzətliyə aid hissədə ittiham aktı elan olunmuşdu.

Bugünkü iclasda dövlət ittihamçısı cinayət işi üzrə ittiham aktını tam elan edərək başa çatdırıb.

Daha sonra təqsirləndirilən şəxslərin hər biri ittihama münasibət bildirib və özlərini təqsirli bilməyiblər.

Məhkəmə prosesi iyunun 30-da davam edəcək.

Xatırladaq ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması və saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

İstintaq araşdırması zamanı “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, redaktor Müşfiq Cabbarov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, həmin institutun əməkdaşı Əli Zeynalov, “III Respublika” Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasov məsuliyyətə cəlb olunublar.

Əvvəlki Yazı

Emin Əmrullayev: Təqaüd proqramı ilə bağlı təşəbbüslər artmalıdır

Növbəti Yazı

Bahar Muradova: Güclü cəmiyyətin formalaşdırılması qadının təhsilindən asılıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.