İran hesab edir ki, İsrail və onun müttəfiqləri ilə münaqişə iki il uzana bilər və Tehran belə bir inkişafa hazırdır. Bu barədə CNN telekanalı adı açıqlanmayan İran rəsmisinə istinadən məlumat yayıb.
İran hakimiyyətinin fikrincə, hərbi əməliyyatların müvəqqəti dayandırılması çağırışları “İranın müharibəni davam etdirməyə hazırlığını qiymətləndirmək üçün diversioner manevrdən” başqa bir şey deyil. “Mənəvi əhval-ruhiyyə yüksəkdir və İran xalqının İsrailə zərbə endirmək tələbi misilsizdir”, – telekanal mənbədən sitat gətirir. (Tass)