ABŞ prezidenti Donald Tramp Tehranın Qətərdəki ABŞ bazasına endirdiyi cavab zərbəsini zəif adlandırıb və bildirib ki, İran qüvvələri tərəfindən atılan 14 raketdən 13-ü vurulub.
“İran bizim onların nüvə obyektlərinin məhv edilməsinə rəsmi cavab verdi, onlar çox zəif cavab verdilər. 14 raket atıldı, 13-ü vuruldu, 1-i isə zərərsiz istiqamətə getdiyi üçün qaldı”, – Tramp Truth sosial şəbəkəsindəki səhifəsində yazıb. “Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, heç bir amerikalı xəsarət almayıb və çox az ziyan dəyib”, – Amerika lideri əlavə edib. Onun sözlərinə görə, Qətərlilər arasında da itki yoxdur. (Tass)