“The Times of Israel” İsrail Hava Limanları İdarəsinə istinadən yazır ki, İranın İsrail ərazisinə bir sıra zərbələri ölkənin hava məkanını bağladıqdan sonra Ben Qurion hava limanı uçuşların qəbulunu bərpa edib.
Ölkənin aviasiya səlahiyyətliləri gecə saatlarında İrandan raket hücumları fonunda İsrail səmasında mülki uçuşları dayandırdıqlarını elan ediblər. İsrail Müdafiə Qüvvələri (IDF) iyunun 24-də altı raket hücumu dalğası olduğunu bildirdi.
Bundan əvvəl İsrailin Turizm Nazirliyi TASS-a bildirib ki, Ben Qurion hava limanı iyunun 23-dən beynəlxalq reyslər üçün fəaliyyətini bərpa edəcək, hər reys üçün 50-dən çox adamın qeydiyyatdan keçməsinə icazə verilməyəcək. Onlar hava limanının məhdudiyyətlərlə işləyəcəyini qeyd ediblər. Uçuşların həyata keçiriləcəyi Terminal 3-də eyni vaxtda 1500-dən çox sərnişinin olmasına icazə verilməyəcək. Bazar ertəsi hava limanının onlayn lövhəsi göstərdi ki, El Al reysləri gün ərzində Afina, Banqkok, Varşava, Larnaka, London, Los-Anceles, Nyu-York, Paris və Romaya, İsrair uçuşları Afina, Larnaka və Romaya, Arkia isə Afina, Barselona, Larnaka və Romaya uçacaq. İyunun 13-dən Ben Qurion hava limanından kommersiya uçuşlarına qadağa qoyulub.
İsrailin Turizm Nazirliyi ölkədəki turistlərə evakuasiya uçuşları üçün qeydiyyatdan keçmək imkanını da xatırladıb.