Avqust 25, 2025-15:43
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirildi

Azərbaycan Müdafiə Nazirliyi ilə Serbiya Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin “Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü” keçirilib.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər Azərbaycan və Serbiya HHQ-lərinin cari vəziyyəti və perspektiv imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.Mütəxəssis görüşü zamanı, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub və qarşılıqlı suallar cavablandırılıb.