Atəşkəsin qüvvəyə minməsindən bir neçə dəqiqə əvvəl İran silahlı qüvvələri İsrailə 14 raket zərbəsi endirib, hərbi və dəstək mərkəzlərini məhv edib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyanatında deyilir.
“Doğru vəd 3 əməliyyatının 22-ci mərhələsində atəşkəs rejiminin qüvvəyə minməsinə son dəqiqələrdə Keşikçilər Korpusu sionist rejimin hərbi və yardımçı mərkəzlərini (İsrail nəzərdə tutulur ) məhv edib, 14 raket atıb”, – sənəddə qeyd edilir. (Tass)