İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelmanın sözlərinə görə, İran bütün 12 günlük qarşıdurma ərzində İsrail istiqamətində 550-yə yaxın raket atıb.
Bundan əlavə, iranlılar yəhudi dövləti istiqamətində 1000-dən çox pilotsuz təyyarə buraxıblar. Atışma nəticəsində 28 nəfər həlak olub. O əlavə edib ki, daha 1472 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Gendelman bildirib ki, xəsarət alanlardan 15 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağırdır, 1399 nəfər isə yüngül xəsarət alıb. (Tass)