Avqust 18, 2025-15:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

MAQATE-nin baş direktoru: İranın nüvə obyektləri ABŞ-ın zərbələri nəticəsində ciddi zədələnib

2025:06:25 - 0:35
in DÜNYA
A A

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hesab edir ki, İranın nüvə obyektləri ABŞ-ın zərbələri nəticəsində ciddi ziyan görüb. Bu barədə təşkilatın baş direktoru Rafael Qrossi Fox News telekanalının efirində bildirib.

“Biz üç sahədə çox əhəmiyyətli dərəcədə ziyan görürük. Natanz ilk vuruldu, uranın zənginləşdirilməsinin aparıldığı çox vacib zallardan birinə çox, çox ciddi ziyan dəydi. Hətta onun yeraltı hissəsi əvvəlcə dolayı, sonra isə birbaşa zədələndi”, – o qeyd edib.

İsfahan obyekti haqqında danışan Qrossi vurğulayıb: “Bu, müxtəlif işlərin görüldüyü bir çox binaları özündə cəmləşdirən kompleksdir. Amma orada da çox böyük ziyan dəyib”. MAQATE-nin baş direktorunun sözlərinə görə, İranın Fordodakı obyekti “daha ​​yaxşı möhkəmləndirilmişdi”. “Biz dərinə nüfuz edən sursatların ciddi ziyan vurduğunu gördük. Baxmayaraq ki, içəridə heç kim olmayıb və bunu görməyib”, – o əlavə edib. MAQATE-nin baş direktoru hər üç obyekt haqqında danışaraq, “Əlbəttə ki, nəticə ondan ibarətdir ki, zərər çox və çox əhəmiyyətli olmalıdır”.

CNN-in daha əvvəl mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ kəşfiyyatı hesab edir ki, ABŞ-ın İrana zərbələri Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib. Ağ Ev bu qiymətləndirmələrin yanlış olduğunu bildirib.

Əvvəlki Yazı

Britaniya öz ərazisində mümkün müharibəyə hazırlaşmağa çağırıb

Növbəti Yazı

Ukrayna İqtisadi Təhlükəsizlik Bürosunun direktoru seçilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.