NATO-nun Haaqa sammitinin təşkilatçıları fevralın 28-də Ağ Evdəki qalmaqala bənzər insidentlərin qarşısını almaq üçün ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında planlaşdırılmamış görüşün qarşısını almağa çalışırlar.Bu barədə “ The Washington Post” yazır.
Qəzetin yazdığına görə, Zelenski “rəsmilər Donald Trampı qıcıqlandırmaq istəmədiyi üçün sammitdə kənarda qalacaq”. Qəzet qeyd edir ki, sammit təşkilatçıları onları “mümkün qədər bir-birindən uzaq tutmağa çalışırlar ki, bu da Trampın Zelenskiyə bəzən hədsiz şiddətli nifrətinin etirafıdır”. Qəzetin yazdığına görə, rəsmilər bununla da “Oval kabinetdə ABŞ-ın Ukraynaya hərbi yardımının dayandırılmasına səbəb olan fevral döyüşünə bənzər toqquşmadan qaçmağa” çalışırlar.
Amerika lideri daha əvvəl jurnalistlərə bildirib ki, Zelenski ilə Şimali Atlantika Alyansının sammiti çərçivəsində görüşməyi planlaşdırır, lakin qarşıdakı görüşün mahiyyətini dəqiqləşdirməyib. Daha sonra “Politico” qəzeti görüşün iyunun 25-də baş tuta biləcəyini yazıb. (Tass)