Avqust 18, 2025-16:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə veteranları olan 27 min şəxsin məşğulluğuna dəstək göstərilib

2025:06:25 - 12:57
in SOSİAL
A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik təsərrüfatlarla tanışlıq məqsədilə növbəti mediatur təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, jurnalistlər proqramın dəstəyi ilə Quba rayonunda müharibə veteranları üçün qurulmuş kiçik təsərrüfatlarla tanış olublar.

Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid ailələri üzvlərinin, müharibə veteranlarının sosial dəstək təminatı tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə qeyd edilən kateqoriyalara aid 27 min şəxsin məşğulluğuna dəstək işləri həyata keçirilib. Onlardan 12 min 700-dən çoxu üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 1100-ü peşə hazırlığına cəlb edilib, digərləri işlə təmin olunub.

Media nümayəndələri əvvəlcə Vətən müharibəsi veteranı Elməddin Əlişanovun xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində avtotəmizləmə zərfi üzrə avadanlıqlarla təmin olunaraq öz işini qurub.

Daha sonra jurnalistlər müharibə veteranı Şahin Kərimov üçün yaradılmış kiçik təsərrüfatla tanış olublar. Ş.Kərimov özünüməşğulluq proqramı üzrə avtoçilingər zərfi üzrə avadanlıqlarla təmin edilib.

Jurnalisitlər proqram çərçivəsində kişi bərbərxanası zərfi üzrə avadanlıqlarla təmin olunan Murad Sultanovun da xidmət sahəsinə baş çəkiblər.

Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əvvəlki Yazı

Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq

Növbəti Yazı

Keçən il Azərbaycanda cinayət törədən şəxslərin 55,6 faizi əməkqabiliyyətli yaşda olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.