Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə dövlət çevrilişinə cəhdin qarşısının alınması ilə bağlı bəyanatı Yerevanın daxili işidir, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Bu, əlbəttə ki, Ermənistanın daxili işidir. Biz təbii ki, Ermənistanda qanunun və asayişin qorunub saxlanmasında maraqlıyıq ki, Ermənistan firavan, sabit, Rusiyaya dost ölkə olsun”, – Peskov Kremlin ölkədə baş verənlərə necə reaksiya verdiyi və gərginliyin artması ilə bağlı nə düşündükləri ilə bağlı sualı cavablandırıb.
Paşinyan daha əvvəl bəyan etmişdi ki, hüquq-mühafizə orqanları “kriminal oliqarx ruhanilərin” Ermənistan Respublikasında vəziyyəti sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək planının qarşısını alıblar. (Tass)