Avqust 24, 2025-18:15
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycan Ordusu regional təhlükəsizliyin əsas sütunlarından biridir – RƏY

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu siyahısında yer alıb:

“Ordumuz dağda, suda, səhrada, havada bütün parametrlərə cavab verməyə qadirdir. Azərbaycan Silahlı Qüvvələri regionda aparıcı orduya çevrilməsi ilə yanaşı, həmçinin dünyada analoqu olmayan döyüş taktikasına sahibdir. Vətən müharibəsində göstərilən igidlik buna nümunədir. Ordu quruculuğu ilə yanaşı, hərbi-sənaye komplekslərinin yaradılması əsas vəzifələrdən biri idi. Düşünülmüş siyasət Azərbaycanı sözügedən sahədə ixracatçıya çevirdi. Müasir texnologiyalarımızla dünyanın aparıcı sərgilərində iştirak edirik. Vətən müharibəsindən sonra da ordunun müasir və NATO standartlarında qurulması yönündə çağırışlar oldu. Həm Vətən müharibəsindən əvvəl, həmçinin ondan sonra da aparılan əməliyyatlar, təlimlər milli kadr potensialımızın nə qədər yüksək olduğunu dünyaya sübut etdi. Şuşa və Hadrut döyüşləri, Naxçıvan istiqamətində aparılan əməliyyatlar buna nümunədir.A.Nağıyev əlavə edib ki, İkinci Dünya müharibəsindən sonra hansısa dövlət tam qələbə əldə etməyib:

“İkinci dünya müharibəsindən sonra heç kim tam şəkildə qələbə əldə etməyib. Biz isə bir daha təsdiq etdik ki, bizim güclü, rəşadətli, ordumuz var və ona rəhbərliyi uzaqgörən siyasətçi İlham Əliyev edir. “Əsrin müqaviləsi”ndən əldə edilən gəlirlərlə ordu quruculuğuna diqqət artırdı, hərbçilərin sosial-məişət problemləri həll edildi. Həmçinin onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsindən sonra Komando tipli yeni hərbi birləşmə yaradıldı. Hər kəs başa düşməlidir ki, Azərbaycan Ordusunun niyyəti başqalarının torpaqlarını zəbt etmək deyil. Biz öz torpaqlarımızı, suverenliyimizi qoruyuruq. Bunu antiterror əməliyyatında da göstərdik. Bizim gücümüz ordumuzda, xalqımızdadır. Vətəndaşlarımız inanır ki, onun güclü ordusu var. Bu gün Azərbaycan Ordusu regional təhlükəsizliyin əsas sütunlarından biridir. Bir daha Azərbaycan Ordusunun şəxsi heyətini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm, onlara yeni naliyyətlər və Vətənin qorunması yönündə uğurlar arzu edirəm!”