NATO-nun Haaqa sammiti göstərdi ki, təşkilat ABŞ prezidenti Donald Trampın təsiri ilə siyasətini dəyişir. Bu fikirləri Hollandiyada Şimali Atlantika Alyansı ölkələrinin liderlərinin görüşündə iştirak edən Macarıstanın baş naziri Viktor Orban deyib.
“Keçən ildən bəri dünyada və NATO-da böyük dönüş müşahidə olunur. Prezident Trampın gəlişi ilə yeni müharibələr qısalır və köhnə müharibələr sürətini itirir. Bu gün biz Ukraynanın NATO-ya daxil olmasını deyil, alyansı gücləndirməyi və müharibəni bitirməyi müzakirə etdik. İrəli böyük addım!” Orban Facebook-da yazıb. (Tass)