Səlahiyyətlilər İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətində terror qruplaşmasının məhv edildiyini bildiriblər. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) əyalətdəki kəşfiyyat idarəsi və kəşfiyyat təşkilatının birgə bəyanatında 19 yaraqlının həbs edildiyi bildirilib.
“ Mehr” agentliyi Sistan və Bəlucistan əyalətinin inzibati mərkəzi olan Zahidan şəhərində yaydığı bəyanatda deyilir: “Xarici casus xidmətləri ölkədə sabitliyi pozmağa çalışır .” Cinayətkar qrupun həbs edilmiş silahlıları çoxsaylı terror aktları törətmiş, etnik və dini zəmində düşmənçilik toxumu səpməyə çalışmışdır.“Onlar son aylarda etnik və dini liderlərin qətllərini hazırlamaq, iğtişaşları qızışdırmaq, orduya və hüquq-mühafizə orqanlarına hücumları hazırlamaq üçün informasiya texnologiyaları mütəxəssislərini cinayətkar fəaliyyətlərinə cəlb edə biliblər”.
Söhbət “İran Xalqının Mücahidləri Təşkilatı” qrupundan gedir. 1980-ci illərdə o, İslam Respublikası rəhbərliyinə qarşı silahlı mübarizə aparıb. Sonralar Fransa və ABŞ-da məskunlaşıb, Səddam Hüseynin dövründə (1979-2003) İraqdan fəaliyyət göstərib və İrana qarşı müharibədə istifadə olunub. Təşkilat təkcə respublikada deyil, Qərbdə də terrorçu kimi tanınsa da, sonradan ABŞ və Böyük Britaniya onu qara siyahılarından çıxarıb. Qrup açıq şəkildə fəaliyyətinin məqsədinin İranın hazırkı rəhbərliyini devirmək olduğunu bəyan edir.