İstanbulda keçirilən danışıqlarda Ukraynada atəşkəs və sülh üçün fürsət pəncərəsi açılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa sammitində iştirakının yekunlarına dair mətbuat konfransında Ukrayna münaqişəsinin tezliklə həllinə ümid etdiyini bildirib.
“İnanırıq ki, İstanbul danışıqları atəşkəs və davamlı sülh üçün bir fürsət pəncərəsi açıb. Bunu qaçırmaq olmaz. Məqsədimiz tərəflərin gələcək konkret addımlarını dəstəkləyərək, davamlı sülhün təməlini qoymaqdır. Ümidvaram ki, müharibə ən qısa zamanda bitəcək. Həmişə dediyim kimi, ədalətli sülhdə uduzanlar olmamalıdır”.