Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Gəncədə hərbi orkestrin müşayiəti ilə hərbçilərin təntənəli yürüşü başa çatıb.
Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında yürüşləri və hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnıları şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi ilə davam edib, Atatürk prospektində yekunlaşıb.