Avqust 21, 2025-9:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun Qazax filialında “Məzun günü” keçirilib

2025:06:26 - 13:44
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin Qazax filialında 2024-2025-ci tədris ilində 68 rayondan 16 ixtisas üzrə 1741 tələbə təhsil alır. Bunlardan əyani şöbə üzrə 1502, qiyabi şöbə üzrə 219 nəfəri təhsil alan tələbələrdir. 2024-2025-ci tədris ilində 16 ixtisas üzrə 302 nəfər tələbə (əyani şöbə üzrə 16 ixtisasda 251 tələbə, qiyabi şöbə üzrə 4 ixtisasda 51 tələbə) universiteti bitirib məzun olur.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, bu fikirlər Bakı Dövlət Universitetinin Qazax filialında keçirilən “Məzun günü” tədbirində səsləndirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filialın direktoru, dosent Arif Rüstəmov çıxış edərək əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, xoş arzularını səsləndirib. O, rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq bugünkü görüşü, tələbələrin xoş günündə onların yanında olmasını, məzun günündə iştirak etməsini həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək məzunlara yenicə qədəm qoyduqları həyatlarında uğurlar arzulayıb. “Bu gün qalib xalq olaraq qürurla söyləyirik ki, müstəqilliyimiz və suverenliyimiz şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına tam bərpa olunub. Biz buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borcluyuq”, – deyən rayon rəhbəri Bakı Dövlət Universitetinin Qazax filialında vaxtilə təhsil almış şəhid məzunların xatirəsini dərin ehtiramla yad edib.

Tədbirdə filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov və digər çıxışçılar məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Tədbirdə BDU Qazax filialının ictimai həyatında fəal iştirakına və yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə görə bir qrup məzuna “Təşəkkürnamə”lər təqdim olunub. Filialın 2 nəfər məzunu isə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsində aktiv könüllülük fəaliyyəti göstərdiyinə görə Fəxri fərmanla təltif edilib.

Sonra “Məzun günü” rəngarəng konsert proqramı ilə davam edib.

Əvvəlki Yazı

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü olub

Növbəti Yazı

“Baku Piano Festival 2025” çərçivəsində istedadlı uşaqların iştirakı ilə konsert keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.