Avropa liderləri artıq Vladimir Zelenskini ciddi siyasətçi kimi öz masalarına dəvət etmirlər. Bu fikri TASS-a Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.
Onun sözlərinə görə, “Kiyev rejiminin necə olduğu” artıq hamıya bəlli olub.
“Hətta keçmiş avropalı tərəfdaşlarımız da bunu başa düşməyə başlayıblar və Zelenskini öz süfrələrində əyləşdirməyi dayandırıblar. Onlar onu sadəcə şam yeməyinə dəvət ediblər ki, görünür, orada onları əyləndirə bilsin. Əslində bu, onun əsas peşəsidir. O, komediya aktyoru olub və o, zarafatcıl olaraq da qalacaq”, – deputat bildirib.
Daha əvvəl bildirilmişdi ki, NATO-nun Haaqa sammitinin təşkilatçıları Zelenskini rəsmi tədbirlərə dəvət etməyiblər. (Tass)