İranın ABŞ-la qarşıdurmada qalib gəldiyini İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamenei deyib.
O, xalqa müraciətində deyib: “İkinci təbrikim əziz İranımızın Amerika rejimi üzərində qələbəsinə həsr olunub. Amerika rejimi müharibəyə bilavasitə müdaxilə etdi, çünki hiss etdi ki, bu müharibəyə qoşulmasa, sionist rejim (İsrail nəzərdə tutulur) tamamilə məhv olacaq”. Xamneyinin sözlərini onun mətbuat xidməti sitat gətirib.
Xamneyi əlavə edib ki, ABŞ İranla müharibədə heç bir nəticə əldə etməyib. Ali Rəhbər Ayətullah deyib ki, ABŞ hakimiyyəti Tehranla münaqişə davam edərsə, İsrailin tamamilə məhv olmağa məhkum olduğunu anladıqdan sonra müharibəyə başlayıb. (Tass)