İsrailin baş naziri Benyamin Netanyahu verdiyi dəstəyə görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib və ölkələri ümumi düşmənlər üzərində qələbə qazanmaq üçün birgə işləməyə davam edəcəklərini bildirib.
Netanyahu həmçinin Yaxın Şərqdə İsrailin diplomatik əlaqələr qurduğu ölkələrin sayının tezliklə artacağına ümid etdiyini bildirib və bunu “sülh dairəsi” adlandırıb.
“Prezident Tramp, mənə toxunan dəstəyinizə və İsrailə və yəhudi xalqına böyük dəstəyinizə görə təşəkkür edirəm. Biz ümumi düşmənlərimizi məğlub etmək, [Qəzzada] girovlarımızı azad etmək və sülh dairəsini tez bir zamanda genişləndirmək üçün birlikdə işləməyə davam edəcəyik”, – Netanyahu X-də yazıb.
Daha sonra o, əvvəllər Truth Social-da dərc etdirdiyi Trampın mesajının tam mətninin ivrit dilinə tərcüməsini təqdim edib. Orada Amerika prezidenti rüşvətxorluqda və dələduzluqda ittiham olunan Netanyahunun İsrail məhkəmələrinə dərhal son qoymağa çağırıb. Trampın sözlərinə görə, İsrailin baş naziri ölkəsi üçün çox işlər görmüş “böyük qəhrəmana” çevrilib və buna görə də ABŞ prezidenti hesab edir ki, Netanyahu əfv edilməlidir.