Avqust 18, 2025-14:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qırğızıstanda Mədəniyyətlərarası ilk Gənclər Düşərgəsi keçirilib

2025:06:26 - 17:37
in SOSİAL
A A

Qırğızıstanın İssık-Kul gölünün sahilində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qırğız Respublikası Azərbaycanlılarının “Birlik” İctimai Birliyinin təşkilatçılığı ilə Mədəniyyətlərarası ilk Gənclər Düşərgəsi keçirilib. Düşərgədə hər iki ölkədən nümayəndələr, o cümlədən Qırğızıstan Xalq Assambleyasının üzvləri yer alıblar.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, düşərgənin əsas məqsədi Azərbaycan və Qırğız xalqlarının tarixini, dilini və adət-ənənələrini tanıtmaq, interaktiv fəaliyyətlər vasitəsilə qarşılıqlı anlaşmanı möhkəmləndirmək və çoxdilli, yaradıcı mühitdə ortaq layihələrə zəmin yaratmaq olub.

Düşərgədə qırğız, Azərbaycan və rus dillərində ünsiyyət imkanları genişləndirilib. İştirakçılar xalq rəqsləri və musiqidən tutmuş müasir incəsənət layihələrinədək müxtəlif sahələrdə birgə yaradıcılıq fəaliyyətinə cəlb olunublar.

Tədbirin proqramı “Rux-Ordo” kompleksinə səfər, tonqal ətrafında keçirilən axşamlar, rəqs yarışları və göl sahilində təşkil olunan gəzintiləri əhatə edib.

“Biz gənclərin bir-birinin mədəniyyətinə böyük marağına, ünsiyyət üçün səmimi istəyinə şahid olduq. Gənclərin belə həvəslə iştirakı millətlərarası harmoniyanın möhkəmləndirilməsi və humanitar əlaqələrin inkişafı üçün bu cür layihələrə ehtiyac olduğunu təsdiqləyir”,- deyə Qırğız Respublikası Azərbaycanlılarının “Birlik” İctimai Birliyinin rəhbəri Xansıvar Baxşəliyev bildirib. O, həmçinin Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinə, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinə, Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyasına və Qırğızıstan Xalq Assambleyasına tədbirin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Panel iclasında mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Marat Taqayev, Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Melis Murataliyev, Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Baytalov çıxış ediblər.

İssık-Kul sahilində reallaşan bu layihə iki ölkənin yeni nəslinin gələcək görüşləri, yaradıcı əməkdaşlığı və uzunmüddətli münasibətləri üçün sağlam zəmin formalaşdırıb.

Təşkilatçılar bu təşəbbüsün ənənəyə çevriləcəyinə və gələn il daha geniş miqyasda keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Tədbirin sonunda iştirakçılara təşəkkürnamə təqdim edilib.

Əvvəlki Yazı

Bakıda soyuducuda narkotik saxlayan ata və oğul tutulub

Növbəti Yazı

Dilçilik İnstitutunda “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda ictimai müzakirə keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.