ABŞ Müdafiə Nazirliyi Konqresdən 2026-cı maliyyə ilində (oktyabrın 1-dən başlayaraq) hərbi kəşfiyyat ehtiyacları üçün 33,6 milyard dollar ayırmağı xahiş edir. Bu barədə Pentaqonun yazılı bəyanatında deyilir.
Orada qeyd olunur ki, hərbi kəşfiyyat proqramı üçün nəzərdə tutulan 33,6 milyard dollarlıq rəqəm hərbi idarənin rəhbərliyinin strateji prioritetlərinə uyğundur. Pentaqonun fikrincə, bu rəqəmin açıqlanması proqramın məxfi əməliyyatlarına təhlükə yaratmır. “Hərbi kəşfiyyat proqramının büdcəsi və ya onun təfərrüatları ilə bağlı başqa rəqəmlər açıqlanmayacaq, çünki onlar milli təhlükəsizlik səbəbi ilə məxfi qalır”, – departament əlavə edib.
Ötən maliyyə ilində Pentaqon hərbi kəşfiyyata 29,8 milyard dollar, 2023-cü ildə 27,9 milyard dollar, 2022-ci ildə 24,1 milyard dollar, 2021-ci ildə isə 23,3 milyard dollar xərcləyib. (Tass)