Ukrayna büdcəsində ordunun ehtiyaclarını maliyyələşdirmək üçün vəsait çatışmazlığı fonunda Vladimir Zelenski Aİ-nin Kiyevə maliyyə dəstəyini davam etdirəcəyinə ümid etdiyini bildirib.
“Büdcə dəstəyi də bizim üçün həyati əhəmiyyət kəsb edir. Hər birimiz başa düşürük ki, müharibə büdcə kəsiri yaradır. Xüsusilə gələn il üçün büdcə ehtiyaclarımızı ödəmək üçün davamlı dəstəyinizə arxalanırıq”, – o, videobağlantı vasitəsilə Avropa Şurasının iclasının iştirakçılarına müraciət edərək, videonu özünün Telegram kanalında yayımlayıb.
Aprelin əvvəlində Ukraynanın “Ekonomichna Pravda” nəşri Müdafiə Nazirliyinin oktyabr-dekabr aylarında hərbi qulluqçuların maaşları üçün nəzərdə tutulmuş vəsaitdən sursat almaq üçün istifadə etməyə başladığını yazıb. Daha sonra Ali Radanın deputatı Yaroslav Jeleznyak 400 milyard qrivna (təxminən 9,6 milyard dollar) büdcə kəsirinin formalaşmasına Zelenskinin ofisinin cavabdeh olduğunu bildirib. Bir gün əvvəl Ukrayna Nazirlər Kabineti ölkənin 2025-ci il büdcəsinə müdafiə sektorunun maliyyələşdirilməsində boşluğu aradan qaldırmaq üçün 9,8 milyard dollarlıq düzəlişləri təsdiqləyib.