Avqust 18, 2025-13:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirilib

2025:06:27 - 10:25
in MƏDƏNİYYƏT
A A

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirilib.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumata görə, toplantıda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli iştirak ediblər.

Toplantının əsas məqsədi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi, 2025-ci ilin birinci yarısına dair hesabatların təqdim olunması, həyata keçirilmiş layihələrin müzakirəsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Tədbirdə Avstriya, Almaniya, İtaliya, Fransa, Özbəkistan və Türkiyədə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin hesabatları təqdim edilib. Hesabatlarda əsas diqqət Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları üzrə müəyyən edilmiş prioritetlər əsasında mədəniyyətimizin təbliği və təqdimatına yönəlib.

Bildirilib ki, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi, həmçinin Vətən müharibəsində Qələbənin 5 illiyi ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsi mədəniyyət mərkəzlərinin əsas fəaliyyət istiqamətlərindən olacaq.

Toplantıda həmçinin mədəniyyətin beynəlxalq miqyasda təbliğində innovativ yanaşmaların tətbiqi, mərkəzlərin vahid koordinasiyasının təmin edilməsi, səmərəliliyin artırılması və uzunmüddətli, dayanıqlı layihələrin reallaşdırılması istiqamətində strateji məsələlər müzakirə olunub.

Əvvəlki Yazı

Yardımlıda 9 200 ədəd xaş-xaş kolu məhv edilib

Növbəti Yazı

Azərbaycanlı bəstəkarın əsərləri beynəlxalq layihədə səsləndirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.