Bu gün ABŞ, Çin və İran əsilli xarici ölkə vətəndaşlarından ibarət bir neçə ailənin gömrük xidməti prosudurlarına uyğun olaraq, keçidi təmin olunub və Bakı şəhəri istiqamətinə yola salınıb.
Buraxılış məntəqəsindən kənarda xüsusi ofislər yaradılıb. Burada ayrı-ayrı ölkələrin diplomatik nümayəndəliyinin təmsilçiləri vətəndaşlarını qəbul edir.
Təxliyə olunanlar Azərbaycan tərəfində gördükləri xoş münasibət və rahat, təhlükəsiz keçidə görə minnətdarlıq edirlər.