ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək və Vaşinqtonla dialoq aparmaq istəyini ifadə etdiyini bildirib.
“İran görüşmək istəyir. Bildiyiniz kimi, çox təhlükəli nüvə obyektləri məhv edilib, bu, indi sübuta yetirilib”, – Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.
O əlavə edib ki, bundan əvvəl də mətbuatda bu mövzuda yalan məlumatlar dərc olunub. “Bunlar Hunter Baydenin noutbukunun “rus mənşəli” olmasından danışan və Rusiya haqqında başqa yalan xəbərlər yayan adamlardır”, – Tramp vurğulayıb. (Tass)