Amerika prezidenti Donald Tramp ümid edir ki, Ədliyyə Departamenti – ABŞ Baş Prokurorluğu keçmişdə onun, ailəsinin və tərəfdarlarının mühakimə olunmasına sanksiya vermiş hakimlərin hərəkətlərini nəzərdən keçirəcək. Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bunu təsdiqləyib.
Ədliyyə Departamentinin ona, ailəsinə və tərəfdarlarına qarşı son “siyasi motivli təqiblərə” baxmaq üçün şəxsləri təyin etməyi düşünüb-görmədiyini soruşduqda Tramp “Ümid edirəm ki, belədir” deyib.
Eyni zamanda, Amerika lideri bir daha 2020-ci il seçkilərində qələbənin Co Bayden tərəfindən ondan oğurlandığı fikrini ifadə edib. “Həmin seçki saxtakarlıq idi, ondakı qələbə oğurlandı. Biz buna imkan verə bilmərik”, – Tramp əmindir. O, Baydeni “ruhi xəstə” adlandırıb və onun prezidentliyini kəskin tənqid edib. (Tass)