Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, Rusiya ilə Ukrayna arasında münaqişənin həlli ilə bağlı məsələlər mürəkkəbdir və bir neçə raund görüşlərdə həll oluna bilməz. O, bu barədə “A haber” telekanalının efirində bildirib.
“Danışıqların son raundu zamanı tərəflər yenidən məhbusların mübadiləsinə dair razılığa gəliblər. Lakin eyni zamanda, onlar növbəti görüşdə müzakirə olunacaq öz mövqelərini bir-birinə bəyan ediblər [memorandumlar mübadiləsi aparılıb]. Artıq hər iki tərəf bir-birinin mövqeyindən rəsmi məlumatlıdır Fidan deyib.
O qeyd edib ki, memorandumların mübadiləsindən sonra “ilkin danışıqlar mövqeləri formalaşıb”. “Adətən belə danışıqlar kifayət qədər uzaq nöqtədən başlayır. Əgər danışıqlar yaxşı gedirsə, kompromis əldə etmək niyyəti varsa, vasitəçi də köməklik göstərsə, fikrimizcə, tərəflər ortaq məxrəcə gələ biləcəklər”, – nazir hesab edir.
Fidan vurğulayıb ki, Türkiyə rəhbərliyi Rusiya ilə Ukrayna arasında “mənalı və məhsuldar görüş keçirmək imkanı yaratmaq” üçün diplomatiya və yardımın vacibliyini görür. (Tass)